Ana Sayfa > Gündəm / Karusel > Külək və yağış çimərliklərin rəsmi açılışına mane olmayıb

Külək və yağış çimərliklərin rəsmi açılışına mane olmayıb


21-06-2017, 15:16. Yazar: admin
Külək və yağış çimərliklərin rəsmi açılışına mane olmayıb


Bu il çimərlik mövsümü iyunun 15-də açılıb. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki, bu ildən etibarən çimərlik mövsümü sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

“Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib”.

Nazirlik rəsmisi iyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlərin olduğunu qeyd edib.


AİA.az
Geri dön