Ana Sayfa > Parlament / Karusel > Daşkəsəndə ana və körpəsi qətlə yetirilib
Daşkəsəndə ana və körpəsi qətlə yetirilib21-06-2017, 15:13. Yazar: admin |
Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb. AİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb. Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir. Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır. AİA.az Geri dön |