Ana Sayfa > Gündəm / Manşet > İlham Əliyev açılış mərasimində iştirak edib
İlham Əliyev açılış mərasimində iştirak edib21-06-2017, 12:45. Yazar: admin |
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan Prezidentinə məlumat verib. AİA.az Geri dön |