Ana Sayfa > Cəmiyyət > Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb - FOTO


20-06-2017, 18:18. Yazar: admin
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb - FOTO



Türkiyənin Uşak Universitetinin Tarix fakültəsində təhsil alan azərbaycanlı tələbə Royal Cumayev bıçaqlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı R.Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu bildirilən O.S. tərəfindən küçədə bıçaqlanıb.

Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan və iki dəfə ürəyi dayanan tələbənin vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

R.Cumayevi bıçaqlayan tələbə yoldaşı saxlanılıb.

AİA.az
Geri dön