Ana Sayfa > Gündəm / Karusel > Siyəzən məhbusları aclığa başladı

Siyəzən məhbusları aclığa başladı


20-06-2017, 15:35. Yazar: admin
Siyəzən məhbusları aclığa başladı


Siyəzən hadisələrinə görə həbs olunmuş şəxslərin işi üzrə apelyasiya baxışı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil deyib ki, buna səbəb əvvəl apelyasiya şikayəti verməyən iki məhbusdan birinin apelyasiya şikayəti verməsidir:
“Onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba rayon Məhkəməsinə göndərilib”.
E.Sadıqovun bildirdiyinə görə, Siyəzən məhbusları bu gündən aclığa başladıqlarını elan ediblər.

2016-cı il yanvarın 12-də un emalı və çörək istehsalı ilə məşğul olan sahibkarlar icra hakimiyyətində etiraz aksiyası keçirib. Həmin gün bir nəfər həbs olunub. Onun həbs olunmasına etiraz olaraq yanvarın 13-də də etirazlar davam edib və polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.

Daxili İşlər Nazirliyi və Prokurorluğun birgə açıqlamasında Siyəzən hadisələrinə görə 55 nəfərin həbs olunduğu qeyd edilib.


AİA.az
Geri dön