Ana Sayfa > Gündəm / Manşet > Ötən il Azərbaycanda 1666 uşaq ölüb

Ötən il Azərbaycanda 1666 uşaq ölüb


20-06-2017, 11:01. Yazar: admin
Ötən il Azərbaycanda 1666 uşaq ölüb



Azərbaycanda 2016-ci ildə 1 yaşa qədər 1666 uşaq dünyasını dəyişib.

Dövlət Statistika Komitəsindən AİA.az-a verilən məlumata görə, 2014-cü ildə 1655, 2015-ci ildə 2033 nəfər, 2016-cı ildə isə 1666 nəfər 1 yaşa qədər uşaq ölüb.

Uşaq ölümlərinin səbəbləri arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm səbəbi birinci yerdə dayanır. Ötən il 1 090 uşaq bu səbəbdən dünyasını dəyişib.

Ötən il tənəffüs sistemi xəstəliklərindən 173, bəzi infeksiyon və parazitar xəstəliklərdən 37, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından), deformasiyalar və xromosom pozğunluqlarından 151 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 7 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Ötən il hər 10 000 nəfər diri doğulana bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 113,6 uşaq düşüb. 2015-ci ildə bu rəqəm 109,5, 2014-cü ildə 102,5, 2013-cü ildə 107,9 olub.

AİA.az
Geri dön