Ana Sayfa > Gündəm / Karusel > Azərbaycan 3 pillə irəlilədi

Azərbaycan 3 pillə irəlilədi


19-06-2017, 15:55. Yazar: admin
Azərbaycan 3 pillə irəlilədi



Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasında 82-ci yerə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.

MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.

İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.
Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.

Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.


AİA.az
Geri dön