Ana Sayfa > Təhsil / Karusel > İmtahandan kəsilən tələbələrin əsgərlik problemi həll olundu

İmtahandan kəsilən tələbələrin əsgərlik problemi həll olundu


16-06-2017, 15:07. Yazar: admin
İmtahandan kəsilən tələbələrin əsgərlik problemi həll olundu


“Akademik borcu olan oğlan tələbələr imtahan verdikdən sonra hərbi xidmətə gedəcəklər”.

AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına edilən dəyişikliklə bağlı keçirdiyi brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün ali təhsil müəssisələrini bitirənlərin təxminən 6 faizinin bir və ya iki akademik borcu var.

“Borcların ləğvi üçün bu gün nazirlikdə universitet prorektorları ilə görüş olacaq. Onlara tapşırıqlar veriləcək. Tələbələrə hər fəndən bir dəfə şans veriləcək. Güzəştlər üç və ya daha çox akademik borcu olanlara şamil edilməyəcək. İyulun 5-dək universitetlərdə imtahan sessiyaları davam edir. Akademik borcları olan tələbələrə bunu ləğv etmələri üçün imkan yaradılacaq.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, yaxın günlərdə bu dəyişikliklər əmr formasına salınacaq: "İmtahanları verdikləri halda həmin tələbələr yay məktəblərində iştirak etməyəcəklər".


AİA.az
Geri dön