Ana Sayfa > Parlament / Manşet > DTX və DİN Bakıda əməliyyat keçirdi
DTX və DİN Bakıda əməliyyat keçirdi16-06-2017, 12:25. Yazar: admin |
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib. AİA.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb. Belə ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. AİA.az Geri dön |