Ana Sayfa > Gündəm / Karusel / Seçilənlər > Amerikalı general Azərbaycana təşəkkür etdi

Amerikalı general Azərbaycana təşəkkür etdi


16-06-2017, 12:20. Yazar: admin
Amerikalı general Azərbaycana təşəkkür etdi


ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Komitəsinin sədri Cozef Danford Konqresin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi üzrə dinləmələr zamanı Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarındakı oynadığı böyük rolu qiymətləndirib.
Bu barədə məlumat konqresin saytında yerləşdirib.

Dinləmələrdə Əfqanıstandakı əməliyyatlar zamanı regiondakı müttəfiqlərdən olan Azərbaycanın rolu barədə iştirakçılardan birinin sualını cavablandıran Danford bəyan edib ki, o, fevralda Azərbaycana səfər edərək ölkə rəhbərliyi ilə görüşüb.

O, Əfqanıstana göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib. ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.(azvision)

AİA.az
Geri dön