Ana Sayfa > Cəmiyyət > Ağdamda hərbi sursat aşkar edilib

Ağdamda hərbi sursat aşkar edilib


16-06-2017, 10:36. Yazar: admin
Ağdamda hərbi sursat aşkar edilib



Ağdam rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata görə, iyunun 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng Mərkəzindən Agentliyə Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA-nın mütəxəssisləri tərəfindən həmin kənddə rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) və 1 ədəd 125 millimetrlik tank mərmisi (OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatların ətrafında 9 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.


AİA.az
Geri dön