Ana Sayfa > Cəmiyyət > 54 yaşlı kimi intihar edib

54 yaşlı kimi intihar edib


15-06-2017, 12:12. Yazar: admin
54 yaşlı kimi intihar edib


İyunun 12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu, Qaradolaq kəndi ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü Yuxarı Qarabağ kanalına atmısı barədə məlumat daxil olub.

AİA.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

İyunun 15-də 1963-cü il təvəllüdlü Mayılov Tofiq Cəlil oğlunun cəsədi batdığı yerdən 25 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


AİA.az
Geri dön