Ana Sayfa > İdman > Olivye Jiru Londonun başqa klubuna keçə bilər

Olivye Jiru Londonun başqa klubuna keçə bilər


14-06-2017, 19:13. Yazar: admin
Olivye Jiru Londonun başqa klubuna keçə bilər


"Arsenal"ın hücumçusu Olivye Jiru "Vest Hem Yunayted"in maraq dairəsinə düşüb.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, "çəkicdöyənlər" 30 yaşlı forvarda görə 20 milyon funt təklif etməyə hazırdır. Jiruya 4 illik müqavilə, həftədə 100 min avro olunacaq. Onun xidmətlərində "Marseille" klubu da maraqlıdır. Ötən mövsüm Jiru cəmi 4 oyunda 90 dəqiqə meydanda olub. Fransalı futbolçu 29 oyunda meydana çıxıb və 12 qola imza atıb. "Vest Hem"in hücum xəttinə digər namizədləri Mişi Batşuayi ( Çelsi ) və Keleçi İhenaçodur ( Mançester Siti ).


AİA.az
Geri dön