Ana Sayfa > Siyasət / Manşet > “Qətnamələr qəbul edənlər Ermənistanı məcbur etmir” - İlham Əliyev

“Qətnamələr qəbul edənlər Ermənistanı məcbur etmir” - İlham Əliyev


14-06-2017, 18:27. Yazar: admin
“Qətnamələr qəbul edənlər Ermənistanı məcbur etmir” - İlham Əliyev


"İşğal böyük ədalətsizlikdir. İşğal beynəlxalq qanunları pozur”

Bunu Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib.

"Əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxsınlar. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, o buna əməl etsin. Problem bundan ibarətdir. Ancaq biz ölkəmizi gücləndirmişik.

Əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər ölkəmizin başında olsaydı heç bir problem yaşanmazdı. Ermənilərin Naxçıvanı işğal etmək cəhdləri də olmuşdur. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə bütün müdafiə tədbirləri quruldu və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtı ki, Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruyub saxlaya bilmədi. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk. Öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax bu kənd, Cocuq Mərcanlı əyani şəkildə bunu təsdiqləyir”.

Prezident İlham Əliyev qeyd edib ki, Milli Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür: "İşğala baxmayaraq, Azərbaycan bugün inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini gücləndirir. Hərbi sahədə böyük uğurlara nail olmuşuq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu bir daha sübut etdi. Biz, Azərbaycan ictimaiyyəti də bunu bilirdi”.


AİA.az
Geri dön