Ana Sayfa > İqtisadiyyat / Karusel > Orta aylıq əmək haqqı artıb

Orta aylıq əmək haqqı artıb


14-06-2017, 18:27. Yazar: admin
Orta aylıq əmək haqqı artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 520,5 manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2017-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 520,2 min nəfər olub, onlardan 887,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,0%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

AİA.az
Geri dön