Ana Sayfa > Təhsil > Naxçıvanın təhsil sistemində 20 illik fərq
Naxçıvanın təhsil sistemində 20 illik fərq14-06-2017, 10:50. Yazar: admin |
1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd verib. Onlardan 401 nəfəri müxtəlif ali təhsil ocaqlarına daxil olubsa, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 2469 nəfəri ali məktəblərə sənəd verib, 1538-i tələbə adını qazanıb. AİA.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Bildirilib ki, 2015-2016-cı tədrisilində muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 500-700 arası bal toplayanların sayı 338 nəfər təşkil edib. Müqayisə üçün 1995- 1996-cı tədris ilində 500-700 arası bal toplayanların sayı cəmi 5 nəfər olub. AİA.az Geri dön |