Ana Sayfa > Gündəm > "Atama olan sevgini görürəm" - Natiq Əliyevin oğlu
"Atama olan sevgini görürəm" - Natiq Əliyevin oğlu10-06-2017, 13:27. Yazar: admin |
"Natiq Əliyev hər kəsin yaddaşında xalqına şərəflə xidmət etmiş şəxs kimi qalacaq". AzVision.azxəbər verir ki, bunu Milli Məclisin vitse-spiker Valeh Ələsgərov deyib. O, bildirib ki, Natiq Əliyev beynəlxalq qurumlarda vətənini layiqincə təmsil edib. "Şərəfli ömür sürmüş Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq". SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə birgə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşərək onun neft-qaz sektorundakı xidmətlərini qeyd edib. "Azərenerji" ASC-nin Etibar Pirverdiyev isə söyləyib ki, Natiq Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq. Natiq Əliyevin oğlu Fərhad Əliyev vida mərasiminə qatılan hər kəsə təşəkkür edib: "Natiq Əliyev çox gözəl ata olub. Atama olan sevgini görürəm. Kədərli günümüzdə bizimlə olan hər kəsə təşəkkür edirəm". AİA.az Geri dön |