Ana Sayfa > Siyasət > Prezident seçkisi ərəfəsində müxalifət yeni seçki bloku yarada bilər

Prezident seçkisi ərəfəsində müxalifət yeni seçki bloku yarada bilər


10-06-2017, 11:44. Yazar: admin
Prezident seçkisi ərəfəsində müxalifət yeni seçki bloku yarada bilər



Adətən ölkədə seçkilər yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Məlum olduğu kimi gələn il prezident seçkiləri olacaq. Maraqlıdır, bu ərəfədə Azərbaycanda fəaliyyət göstərən əsas siyasi partiyalar blok yaratmağı düşünürlərmi?

Modern.az saytı bu suallarla partiyalara mürtaciət edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki,partiyanın rəhbər orqanlarının səlahiyyətinə daxil olan məsələlərlə bağlı heç nə deyə bilməz.
Çünki rəhbər orqanların qərarları seçki qrafikinə uyğun müəyyən olunacaq. Yalnız bu halda hər hansı blok yaratmaq haqqında düşünə bilərik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

“İlk olaraq qurultay keçirmək və namizəd müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra seçki blokunun yaradılması haqqında düşünə bilərik. Hələki AMİP-in bu seçkilərdə iştirak edib-etməməsi də bilinmir. Bu suallara cavab tapmadan hər hansı blok yaratmaq və ya namizədi irəli sürmək mümkün deyil”.

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı:

“Seçki ərəfəsində hər şey ola bilər. Blok da yarada bilərik. Zamanı gələndə bu məsələlərə baxılacaq”.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev:

“Hələ seçkilərə çox vaxt qaldığına görə bu barədə hər hansı müzakirələr və qərar yoxdur. Bu baxımdan danışmaq tezdir”.

AİA.az
Geri dön