Ana Sayfa > Cəmiyyət > “MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs tutuldu

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs tutuldu


10-06-2017, 11:43. Yazar: admin
“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs tutuldu



Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

APA-nın məlumatına görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.

AİA.az
Geri dön