Ana Sayfa > Siyasət / Karusel > Qətər böhranı Merkeli narahat edir

Qətər böhranı Merkeli narahat edir


10-06-2017, 11:06. Yazar: admin
Qətər böhranı Merkeli narahat edir


Almaniya kansleri Angela Merkel Qətər ətrafında yaranan vəziyyəti həll etmək üçün Körfəz ölkələrini birlikdə işləməyə çağırıb.

Mexikoda Meksika Prezidenti Enrike Penya Nyeto ilə görüşdən sonra kansler Angela Merkel deyib: "Biz Qətərlə bağlı vəziyyətə görə narahatıq və Körfəz ölkələrini həll yolu tapmaq üçün birlikdə işləməyə dəvət edirik”.

Kansler, həmçinin əlavə edib ki, regionun bütün dövlətləri, o cümlədən Qətərin özü, İran və Türkiyə problemin nizamlanma prosesinə qoşulmayanadək bu məsələnin həlli mümkün olmayacaq.(azvision)


AİA.az
Geri dön