Ana Sayfa > Siyasət > Britaniyadakı seçkilərin yekun nəticələri açıqlandı

Britaniyadakı seçkilərin yekun nəticələri açıqlandı


10-06-2017, 11:04. Yazar: admin
Britaniyadakı seçkilərin yekun nəticələri açıqlandı



Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələrinə əsasən mühafizəkarlar 318, leyboristlər 262, Şotlandiya Milli Partiyası 35, Liberal Demokrat Partiyası 12, Demokratik Birlik Partiyasının 10, Uels Partiyası 3 və "Yaşıllar” partiyası 1 yer qazanıblar.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, protokolların 100% hesablanmasından sonra baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında parlament çoxluğunu itirib.

Bu səbəbdən baş nazir parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib.

AİA.az
Geri dön