Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda yol polisini maşınla vurdular

Bakıda yol polisini maşınla vurdular


19-10-2015, 15:01. Yazar: admin
Bakıda yol polisini maşınla vurdular

Bakının Səbayel rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azadliq.info bildirir ki, hadisə M.Hüseynov küçəsi, 4 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tapdıq Əli oğlu Əliyev idarə etdiyi “Toyota Camri” markalı avtomobillə ərazidə xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1991-ci il təvəllüdlü Rauf Elxan oğlu Orucovu vurub.

Elxan Orucov xəstəxanada tibbi yardım alıb.

Faktla bağlı Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Geri dön