Ana Sayfa > Təhsil > Məzunlara fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqləndi
Məzunlara fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqləndi9-06-2017, 18:27. Yazar: admin |
Təhsil Nazirliyi "Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydası"nı təsdiqləyib. AİA.Az Trend-ə istinadən bildirir ki, bu qayda "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na uyğun hazırlanıb. Qaydaya əsasən, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları bir sıra tələblərə uyğun gələn məzunlara verilir. Həmin tələblər bunlardır: ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənmə, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 olması, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplama, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 qiymət alması (ən azı 75 bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 bal toplamadır. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. AİA.az Geri dön |