Ana Sayfa > Gündəm / Karusel > İranı İŞİD-dən qoruyan məktub YAYIMLANDI
İranı İŞİD-dən qoruyan məktub YAYIMLANDI9-06-2017, 17:48. Yazar: admin |
Üsəma Ben Ladenin Pakistandakı sığınacağında tapılan məktub İranin uzun illər radikal sünni qruplaşmalrının hücumundan necə qorunduğuna aydınlıq gətirir. Modern.az “The Times”a istinadən xəbər verir ki, məktubda Ben Laden İraqdakı “Əl Qaidə” liderlərinə (sonradan İŞİD-ə çevriləcək) İrana hücum etməmək göstərişi verir. “İranla döyüşməyə ehtiyac yoxdur. İran bizim insane, kommunikasiya, girovların saxlanması və s. əsas arteriyamızdır”. İlk növbədə qruplaşmanın İraqdakı lideri Əbu Musab əz-Zərkaviyə ünvanlanan məktubda Ben Laden İraq şiələrinə nifrəti gizlətməyi çağırır “Sənin şiələrə nifrətin Əl Qaidə-nin maraqlarına cavab vermier və bizim İranla münasibətlərimizə pis təsir göstərə bilər”. “The Times” İŞİD-in bir neçə gün öncə Tehranın mərkəzində təşkil etdiyi hücumların 10 illik sülhə son qoyulduğunun göstəricisi kimi qəbul edir. Ekpsertlər də Yaxın Şərqdə İran və radikal sünni qruplaşmalar arasında qanlı mübarizənin başlanacağını proqnozlaşdırır. AİA.az Geri dön |