Ana Sayfa > Qərbi Azərbaycan > Dərmanların pulsuz paylanması qadağan edilir
Dərmanların pulsuz paylanması qadağan edilir8-06-2017, 18:29. Yazar: admin |
Azərbaycanda dərmanların pulsuz paylanması qadağan edilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər. Dəyişikliyə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. AİA.az Geri dön |