Ana Sayfa > Cəmiyyət > Ali məktəbə qəbul oldu, oxuya bilmədi - MƏKTƏBLİ FACİƏSİ - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

Ali məktəbə qəbul oldu, oxuya bilmədi - MƏKTƏBLİ FACİƏSİ - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO


8-06-2017, 16:43. Yazar: admin
Ali məktəbə qəbul oldu, oxuya bilmədi - MƏKTƏBLİ FACİƏSİ - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO



Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbin direktoru Əlövsət Qurbanov dünən 11-ci sinif şagirdi olan iki məktəblinin dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı açıqlama verib.

AİA.Az bildirir ki, lent.az-a danışan məktəb direktoru deyib ki, qəzaya düşən uşaqlar dünən, ümumiyyətlə, dərsdə iştirak etməyiblər: "İkisi də 11-ci sinifdə oxuyurdu. Xalid Limanda, Kənan isə Qumbaşı kəndində yaşayır. Dünən Xalid gedib atasının maşını ilə Qumbaşıdan Kənanı götürüb. Dərs ilinin axırıdır, uşaqlar "Son zəng"ə hazırlaşır, tədris proqramı da artıq yekunlaşıb. Ona görə, yəqin ki, dərsə gəlməyiblər".

Məktəb direktoru əlavə edib ki, qəzada vəfat edən Xalid Cəfərli bir neçə gün əvvəl ali məktəbə qəbul olmaq üçün imtahan veribmiş və 474 bal toplayıbmış: "İkisi də çox tərbiyəli, mədəni uşaqlar idi. Xalid ali məktəbə hazırlaşırdı, artıq qəbul olunmuş sayılırdı. Kənan da onun kimi mərifətli oğlan idi. Allahın qismətidir. Maşını idarə edərkən ehtiyatsızlıq ediblər, belə bir hadisə yaşanıb".

----------

12:01

Dünən səhər saatlarında Lənkəran rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxslərin hər ikisinin məktəbli olduğu üzə çıxıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Liman şəhər İ.Mahmudov adına 1 saylı məktəbin 11-ci sinif şagirdi olan 2000-ci il təvəllüdlü Səfərli Xalid Xaliq oğlu dostu, qonşu Qumbaşı kəndindəki məktəbdə 11-ci sinifdə oxuyan 17 yaşlı Kənan Səfərovla birgə səhər saatlarında dərsdən qaçıb. Məktəbi icazəsi tərk edən məktəblilər "Mercedes E Class" markalı, 10 OR 044 nömrə nişanlı avtomobillə Limandan Lənkəran şəhərinə doğru hərəkət ediblər. Onlar bir neçə gün sonra keçiriləcək "Son zəng" tədbirinə lazım olacaq bəzi ləvazimatları almaq üçün rayon mərkəzinə gəlirmiş.

Bildirilir ki, qəzaya düşən avtomobili 17 yaşlı Xalid Səfərov idarə edirmiş. O, atasına məxsus olan maşını sürücülük vəsiqəsi olmadan sürürmüş. Qəza isə yüksək sürətlə idarə edilən avtomobilin qəfil idarəetmədən çıxması nəticəsində baş verib.

Qeyd edək ki, dünən Kənan Səfərov dəfn edilsə də, Xalidin dəfni bu günə saxlanılıb. Onun atası gecə saatlarında Rusiya Federasiyasından Azərbaycana gəlib və bu saatlarda gənc oğlan dəfn ediləcək.

Qəzada ölən məktəblilərin fotoları sosial şəbəkədə yayılıb. Liman şəghərindəki İ.Mahmudov adına orta məktəb feysbuk səhifəsi vasitəsi ilə valideynlərə müraciət edərək məktəbli uşaqlara avtomobil verilməməsini xahiş edib.
Geri dön