Ana Sayfa > Media / Aia TV / Karusel > Obamanın çinli oxşarı 10 dəqiqəyə 1,5 min dollar pul qazanır

Obamanın çinli oxşarı 10 dəqiqəyə 1,5 min dollar pul qazanır


19-10-2015, 01:25. Yazar: admin

“Sən Obamaya çox oxşayırsan”.

ABŞ prezidenti Barak Obamanın çinli oxşarı aktyor Syao Çziqo 10 dəqiqəlik çıxışına görə 1,5 min dollar pul alır.

Bu barədə Oxu.Az NBC News-a istinadən xəbər verir.

“Mən havalar isti olduğundan saçlarımı kəsdirdim. ABŞ prezidenti barədə xəbərləri izləyən yoldaşlarımdan biri mənim Obamaya oxşadığımı dedi”, - Çziqo danışıb.

Çinli aktyor qeyd edib ki, həmin zaman o hətta Obamanın kim olduğunu bilmirdi.

Çziqo 2012-ci ildə Chinese Dream Show verilişində iştirak etdikdən sonra məşhur olub.
Geri dön