Ana Sayfa > Gündəm / Karusel > Zakir Həsənov təlim mərkəzində - Fotolar

Zakir Həsənov təlim mərkəzində - Fotolar


7-06-2017, 18:13. Yazar: admin
Zakir Həsənov təlim mərkəzində - Fotolar



Bu gün İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AİA.az-a verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.

Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib


AİA.az




Geri dön