Ana Sayfa > Gündəm / Karusel > Üzeyir Cəfərov ona tələ quranlara, barəsində çuğulluq edənlərə od püskürdü - STATUS
Üzeyir Cəfərov ona tələ quranlara, barəsində çuğulluq edənlərə od püskürdü - STATUS7-06-2017, 17:46. Yazar: admin |
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkədə özü ətrafında baş verən söz-söhbətə aydınlıq gətirmək məqsədi daşıyan status paylaşıb. AİA.az musavat.com-a istinadən hərbi ekspertin statusunu təqdim edir: "Əziz dostlar! Hömətli həmkarlar! 10 günə yaxındır ki, baş vermiş bir anlaşılmaz hadisənin izi ilə apardığımız incələmələrdən sonra, nəhayət ki, dünən nələrin və hansı səbəbdən baş verdiyini dostlar mənə tam şəkildə açıqladılar. Sən demə, kim(lər)sə qaşınmayan yerdən "qan çıxartmaq” üçün "yaxşıca plan” fikirləşib(lər). Amma bu namərd və xaincəsinə düşünülmüş "plan” hələ ki bu saatlara qədər öz mənfi təsirini heç bir günahı olmayan tək oğlan övladımla bağlı göstərməkdə davam edir. İnanıram ki, yaxın saatlarda bu vəziyyəti bilərəkdən, nakişicəsinə yaradan şəxslər ifşa olunacaq və onlar həm hissiyatları ilə oynadıqları müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdan və mənim özümdən, ailəmdən, 80 yaşını ötmüş ağbirçək anamdan üzr istəyəcəklər. Məsələnin məğzi isə qısaca da olsa aşağıdakılardan ibarətdir. Kim(lər)sə olmayan bir şeyi çox alçaq və xaincəsinə gedib Müdafiə Nazirliyinin rəhbərliyinə çatdıraraq aranı qarışdırmaq fikri güdüblərmiş. Və bu gün artıq iki həftədən çoxdur ki, özüm və ailəm faktiki heç bir ciddi əsas və sübut olmadığı halda ən dəhşətli haqsızlıq və insafsızlıqla üz-üzə qalmışıq. Ona görə də qərara aldım ki, baş verənləri sizə də çatdıram ki, bəlkə bu vəziyyətin yaranmasında birbaşa və dolayısı ilə səbəbkar olan həmən günahkar şəxslər azca da olsa vicdan əzabı çəkib gedib əsl həqiqəti olduğu kimi ünvanına çatdıracaqlar. Təvazökarlıqdan uzaq da olsa, yazmağa məcburam. Həm real həyatda məni tanıyan və şəxsən tanışlığı olmayan virtual dostlarım, həmkarlarım hər zaman o faktın şahidi olublar ki, mən bu yaşıma kimi nə yazmışamsa, nə demişəmsə, hər sözümün sahibi olduğumu faktlarla və konkret sübutlarla isbat etməyə adətkar olmuşam. Xüsusən də mənsub olduğum sahə çox həssas və önəmli hərbi sahə olduğuna görə, daha çox bu sahə ilə bağlı əsgərindən tutmuş ən yüksək rütbəli generalına və polkovnikinə kimi tənqidim və ya təklifim olubsa, onu da açıq şəkildə yazmışam. Əgər narahat kimi gördüyüm və hiss elədiyim məsələ mühüm əhəmiyyətli dövlət və hərbi sirr xarakterli məlumatlardırlarsa, düşmənlərimizi sevindirməmək, ona imkan yaratmamaq üçün qapalı olaraq lazımı instansiyalara öz adım və soyadımla Vətənini, Xalqını, Dövlətini və Dövlətçiliyini sevən şəxs kimi hara və kimə lazımdırsa məruzə etmişəm. Amma, heç vaxt kiminsə AİLƏ, UŞAQ və ya həyatda olan və olmayan doğmasına, əzizinə qarşı artıq-əksik fikir söyləməmişəm, yazmamışam və ümumiyyətlə bu mənim əxlaqıma və ailədə aldığımız tərbiyyə qətiyyən ziddir. Kimlərsə bu yaxınlarda özünü müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova "yaxşı” göstərmək, onun əsəblərini yerindən oynatmaq üçün çox namərdcəsinə, nakişicəsinə addım atıblar. Ona əlində heç bir SÜBUTU və FAKTI olmaya-olmaya guya mənim onun həyatda olmayan ailə üzvlərinə qarşı hardasa böhtan və təhqir yazdığımı söyləmiş və sonra isə tez şərəfsizcəsinə çəkilərək baş verəcək hadisələri izləməyə başlamışlar. Sözsüz ki, hər birimiz üçün ailə üzvlərimiz, doğma və ya əzizlərimiz, xüsusən də dünyasını dəyişmişlərimiz MÜQƏDDƏSDİRLƏR. Görünür ki, bu yalanı və xaincəsinə düşünülmüş "planı” ortalığa atanlar böyük ehtimalla hörmətli general-polkovnik Nəcməddin Sadıkova hansısa formada yaxın olan şəxslərin çevrəsindəndir. Və açığı dünən mənə yaxın insanların söylədiklərini eşidəndə, sadəcə donub qaldım. Axı ölkənin tanınmış bir şəxsinə necə namərdcəsinə yalan, özü də ağ yalan, olmayan bir şeyi söyləmək olar? Və bu addımı atan şəxs(lər) görəsən heç vicdan əzabı çəkirlərmi? Doğrusu inanmıram ki, açıq yalan söyləyən o bişərəf(lər), o nakişi(lər) indi özlərini də, Silahlı Qüvvələrin rəhbər şəxslərindən birini, o cümlədən mənim ailəmi, doğma və əzizlərimi olmazın iztirablara məhkum etdiklərinin fərqində olsunlar. Və bilə-bilə ki, gec-tez bu namərd hərəkətin üstü açılacaq, onlar bu alçaq hərəkəti ediblər. Əslində qalsa, bir normal insan kimi mən də olsaydım, yəqin ki, eşitdiklərimə, baxmayaraq ki, elə bir şey həyatı boyu OLMAYIB, belə emosiya və əsəb göstərərdim. Amma, çox istərdim ki, o ağ yalanı və olmayan bir məsələni Baş Qərargah rəisinə bilərəkdən, məqsədyönlü və düşməncəsinə ədavət yaratmaq üçün çatdıran şəxs(lər) ortalığa çıxıb dediklərini sübut etsinlər. Əgər belə bir FAKT və ya SÜBUT olarsa, mən bütün məsuliyyətimlə bəyan edirəm ki, Baş Qərargah rəisindən hamınızın qarşısınnda yazılı üzr istəyəcək və birdəfəlik mətbuatdan gedəcəyimi bəyan edəcəyəm. Hər zaman, istər mərhum eks-prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin, istərsə də hazırda dövlət başçısı cənab İlham Əliyevin zamanında yalnız və yalnız faktlara əsaslanan, Azərbaycan adlı doğma məkanımızın varlığı üçün çalışan ilk azərbaycanlı peşəkar hərbi jurnalist zabit kadrı və vətəndaş olaraq Haqqın və Ədalətin tərəfində olmuşam və varam. Amma, heç vaxt haqsızlığı və yalanı qəbul etməmişəm və etməyəcəyəm. Yuxarıda haqqında bəhs etdiyim xoşagəlməz, az qala mənim ailə üzvlərim üçün bir sıra məsələlərə görə faciəyə yaxın duruma gətirib çıxaran vəziyyəti planlaşdıran şəxsiyyətsiz adamların hansı çirkin niyyətləri düşünüb bu hərəkəti etdiklərinin tam fərqindəyəm. Bunlar bu yolla mənimlə Silahlı Qüvvələrimizin rəhbər şəxsləri arasında lazımsız, daha çox erməni maraqlarına hesablanmış söz və mətbu müharibəni qızışdırmaq üçün etdikləri nakişi hərəkətdir. Və özləri də gözəl bilirlər ki, biz hər birimiz bu gün öz sahəmizdə - kimisi qələmi, kimisi isə silahı ilə Azərbaycan Dövlətinin, onun bel sütunu olan Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsi üçün bacardığımızı edirik. Belə bir həssas durumda lazımsız əsəbi gərginlik yaradanlara səslənirəm: kişiliyiniz və mənliyiniz olsun! Mübarizənizi tamam başqa sahəyə, düşmənlə savaşa yönəldin. Bəsdirin bəzi tərbiyyəsiz bazar arvadları kimi dedi-qodu ilə, yalanlarla, alçaqlıqlarla məşğul oldunuz. Varlığım kimi sizi əmin edirəm ki, bu günə kimi də, bundan sonra da belə lazımsız məsələlər heç bir halda uzun müddətli effekt verməyib və bundan sonra da verməycək. Bu çox primitiv və cılız bir namərdlikdir. Ömrünüzün qalan hissəsini heç olmazsa yaxşı əməllərə həsr edin ki, sizi həm sağlığınızda, həm də o dünyada lənətləməsinlər. İnanmaq istərdim ki, bu gün yaranmış anlaşılmaz vəziyyətin tez bir zamanda yoluna qoyulması üçün əlaqədar şəxslər Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova ona verilən yalan və heç bir əsası olmayan iftranın mənim və ailəmin haqsızlıqla üzləşməsinə səbəb olduğunu çatdıracaqlar. Yalançı, namərəd, araqarışdıran yaramazlara ölüm arzulayıram! Tanrı Silahlı Qüvvələrimizi qorusun! P.S. Ən böyük ədalət isə hörmətli müdafiə nazirinin qüvvədə olan Əmrinin tez bir zamanda və dərhal icra olunması üçün veriləcək qərar və göstəriş olacağına inanıram. Bunun özü yuxarı komandanlığın öz əsgərinə və zabitinə sahib çıxdığının bir bariz, gözəl nümunəsi kimi tarixdə qalacaq". AİA.az Geri dön |