Ana Sayfa > Cəmiyyət > Yasamalda köçkünlərin yataqxanası yanır - Foto

Yasamalda köçkünlərin yataqxanası yanır - Foto


7-06-2017, 15:02. Yazar: admin
Yasamalda köçkünlərin yataqxanası yanır - Foto



Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.(Lent.az)


AİA.az
Geri dön