Ana Sayfa > Cəmiyyət > Paytaxtda 2 ev yanıb

Paytaxtda 2 ev yanıb


7-06-2017, 13:18. Yazar: admin
Paytaxtda 2 ev yanıb



Bu gecə paytaxt Bakıda 2 ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AİA.az-a verilən məlumata görə Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xətai rayonunda olub. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 5 m2 sahədə ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin plastik qapısı və kondisioner əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AİA.az
Geri dön