Ana Sayfa > Media / Karusel > 34 yaşlı "kişi" ana olacaq

34 yaşlı "kişi" ana olacaq


7-06-2017, 12:54. Yazar: admin
34 yaşlı "kişi" ana olacaq



Amerikada hamilə kişinin doğuşa hazırlaşması dünya mətbuatının gündəmini zəbt edib.
Oregon əyalətində yaşayan Biff və Trystan adlı homseksual cütlüyün ilk bioloji uşaqları dünyaya gələcək.

34 yaşındakı Tristan Reese və eyni yaşdakı Biff Çaplovun valideyn olmaq istəyi bütün dünyanın marağına səbəb olub. Qadın olaraq dünyaya gələn Tristan, daha sonra cinsini dəyişmək qərarına gəlib. O, buna görə bir müddət müalicə alıb. 2011-ci ildə isə Biff Çaplovla ailə həayatı qurub.

Cütlük evləndikdən sonra Biffin iki qardaşı oğlunu himayəyə götürüblər. Biffin bacısı həmin uşaqlardan imtina etdiyindən cütlük onlara sahib çıxıb.

"Kişi" cinsini seçməsinə baxmayaraq, Tristan Reese ana olmaq istəyini dilə gətirib. Cütlük 2016-ci ildə 6 aylıq körpələrini itiriblər.
Tristanın kişi olmaq üçün istifadə etdiyi dərmalar onun hamilə qalması ehtimalını aşağı salıb. Bütün bunlara baxmayraq Tristan hamilə qalıb.
Lap əvvəllər o, buna inanmayıb. Dəfələrlə hamiləlik testləri edib. Və nəhayət o, hamilə qalmağı bacarıb. Həyat yoldaşı və uşaqları bu xəbəri sevinclə qarşılayıblar.
Daha sonra cütlüyün ətrafındakı hər kəs bu barədə məlumat tutub. Tristan bu yay övladını dünyaya gətirəcək.

AİA.az
Geri dön