Ana Sayfa > Gündəm > Ermənistan ordusunda saxta diplom qalmaqalı

Ermənistan ordusunda saxta diplom qalmaqalı


6-06-2017, 17:58. Yazar: admin
Ermənistan ordusunda saxta diplom qalmaqalı




Ermənistanda saxta diplomlarla bağlı yeni qalmaqallı detallar açıqlanıb. AzVision.az-ın "Joğovurd"a istinadən verdiyi məlumata görə, Ermənistan Dövlət Mühəndislik universitetinin Gümrü filialının diplom satışı ilə bağlı yeni hal aşkarlanıb.

Məlumatlara görə, saxta diplomlar Ermənistanın Müdafiə Nazirliyinin hərbçilərinə satılıb. Belə ki, onlar əldə etdikləri diplomları Müdafiə Nazirliyinə təqdim etməklə yüksək hərbi rütbələr əldə ediblər.

Saxta diplomlarla yüksək hərbi rütbələr alan erməni hərbçilərinin adları açıqlanmır.

AİA.az
Geri dön