Ana Sayfa > Gündəm > Goranboyda 11 min il yaşı olan əşyalar tapılıb

Goranboyda 11 min il yaşı olan əşyalar tapılıb


6-06-2017, 16:47. Yazar: admin
Goranboyda 11 min il yaşı olan əşyalar tapılıb




AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

AİA.az-ın verdiyi xəbərə görə, ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov tədqiqatlar nəticəsində 20-dən artıq kurqan və iki yaşayış yerinin qeydə alındığını bildirib.

Bundan əlavə, eramızdan əvvəl IX-VIII əsrə aid edilən Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu nekropolunda arxeoloji tədqiqatlar davam etdirilib. İki hektar ərazini əhatə edən Nekropol 2007-ci ildə qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq olunub. Qəbirlərdəki skeletlərin ətrafından 19 ədəd saxsı qab, 200-dən artıq bəzək əşyası, muncuqlar, metaldan hazırlanmış bıçaq, iynə və digər maddi-mədəniyyət nümunələri aşkarlanıb.
Nekropolda bu il daha dörd qəbirdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

AİA.az
Geri dön