Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Təhdid olunan ailə nazirə üz tutdu - Balakəndə
Təhdid olunan ailə nazirə üz tutdu - Balakəndə18-10-2015, 16:39. Yazar: admin |
Balakən sakini TİA.AZ-a müraciət edib. Şəfa Əliyeva Fikrət qızı rayonun Qullar kəndində yaşadığını qeyd edib. Onun sözlərinə görə, iki azyaşlı övladı ilə yaşayır. Şəfa xanım 1 ilə yaxındır ki, hədələndiyini söyləyib. Şikayətçi bildirib ki, evinə təhdid dolu məktublar daxil olur: “Hətta bir neçə ay əvvəl qızım məktəbdən evə qayıdanda yolunu kəsib ölümlə hədələmişdilər. Bir müddət ara verdikdən sonra təzədən təhdid etməyə, xox gəlməyə, qorxutmağa başlayıblar. Sentyabrın sonunda evimizi daşa basdılar, pəncərəni sındırdılar”. Ş.Əliyeva iddia edib ki, evini yandırmaq belə istəyiblər: “Bizim ayıq-sayıqlığımız nəticəsində olacaq faciənin qarşısı alındı. Bütün bu hadisələr barəsində Balakən rayon Polis Şöbəsinə müraciət etmişəm. Amma davamlı müraciətlərimin heç bir nəticəsi olmayıb. Nə vaxta qədər təhlükə içində yaşamalıyıq? Bu suala cavab versinlər. İki uşağımla tək qalmışam və təhdid olunuram. Dövlət başçımız İlham Əliyevə üz tutaraq tək ümid yerimiz olduğunu bildirmək istəyirəm. Daxili İşlər naziri Ramil Usubovdan xahiş edirəm ki, Balakən polisinə bu hədələrin araşdırılması haqda tapşırıq versin”. Geri dön |