Ana Sayfa > Cəmiyyət > Cocuq Mərcanlıda 1105 qəlpə aşkar edilib

Cocuq Mərcanlıda 1105 qəlpə aşkar edilib


6-06-2017, 11:28. Yazar: admin
Cocuq Mərcanlıda 1105 qəlpə aşkar edilib




Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 5-də Cocuq Mərcanlı kəndi ərazisində 1105 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib.

ANAMA-dan verilən məlumata görə, 24 142 kvadratmetr ərazi tam təmizlənib, 17 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

AİA.az
Geri dön