Ana Sayfa > Gündəm / Karusel > “Jurnalistlər üçün 3-cü bina da tikiləcək”

“Jurnalistlər üçün 3-cü bina da tikiləcək”


5-06-2017, 16:21. Yazar: admin
“Jurnalistlər üçün 3-cü bina da tikiləcək”



"Mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən 3-cü bina da tikiləcək”.
Bunu "Kaspi”qəzetinin redaksiyasında keçirilən iclasda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Xatırladaq ki, bundan öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistlər üçün 3-cü binanın tikiləcəyi anonsunu vermişdi


Jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 256 mənzildən ibarət ikinci bina bu il 22 iyul – Mətbuat günündə sahiblərinə veriləcək.


AİA.az
Geri dön