Ana Sayfa > Gündəm > 180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır


5-06-2017, 16:11. Yazar: admin
180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır



Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 4-də keçiriləcək hərracda 180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.
Komitədən verilən məlumata görə, bunlardan 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyəti, 14-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Zaqatala Fındıq”, "Ağcabədi Aqrotexservis”, "Sabirabad Mexanikləşdirmə”, "Yevlax Yun”, "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Şıxlar Broyler”, "Mingəçevir Qum Çınqıl" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 147 min kv.m arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3 min 881 kv.m təşkil eden Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

AİA.az
Geri dön