Ana Sayfa > Gündəm / Karusel > Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi

Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi


5-06-2017, 11:48. Yazar: admin
Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi



Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. Adalet.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

AİA.az
Geri dön