Ana Sayfa > Cəmiyyət > Axtarışda olan 31 nəfər tutulub

Axtarışda olan 31 nəfər tutulub


3-06-2017, 12:44. Yazar: admin
Axtarışda olan 31 nəfər tutulub



Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.

AİA.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər tutulub.

AİA.az
Geri dön