Ana Sayfa > Gündəm / Manşet > NATO genişmiqyaslı təlimlərə başladı

NATO genişmiqyaslı təlimlərə başladı


3-06-2017, 12:41. Yazar: admin
NATO genişmiqyaslı təlimlərə başladı


NATO Latviyada "Saber Strike 2017” beynəlxalq hərbi təlimlərinə başlayıb.
TASS xəbər verir ki, təlimlərdə İtaliya, Norveç, Litva, Böyük Britaniya, Polşa, Slovakiya, ABŞ və Latviyanın özündən 2 mindən çox hərbçi iştirak edəcək.

Təlimlərin başlanması ilə bağlı mərasim Adajidəki hərbi poliqonda baş tutub.

Mərasimdə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Leonids Kalnınş da iştirak edib. Təlimlər iyunun 15-də başa çatacaq.

AİA.az
Geri dön