Ana Sayfa > İqtisadiyyat / Manşet > Banklarla bağlı mühüm addımlar atılacaq
Banklarla bağlı mühüm addımlar atılacaq3-06-2017, 08:53. Yazar: admin |
Kredit məlumatlarının mübadilə sistemi təkmilləşdiriləcək. Bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alıb. Tədbirlər Planında banklararası pul bazarında aktivliyin artırılması, bankların daha sağlam risk idarəetməsinin təmin edilməsi, maliyyə xidmətləri sektorunda konsolidasiya edilmiş riskəsaslı nəzarət modelinin tətbiqi, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması, investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması nəzərdə tutulub. AİA.az Geri dön |