Ana Sayfa > Təhsil / Manşet > Bakıda 20 minə yaxın məzun üçün "Son zəng" çalınacaq
Bakıda 20 minə yaxın məzun üçün "Son zəng" çalınacaq3-06-2017, 08:50. Yazar: admin |
Bu il Bakı şəhəri üzrə 20 minə yaxın məzun üçün "son zəng" çalınacaq.Bu barədə cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 317 ümumi təhsil müəssisəsi üzrə XI sinfi 19 525 (ümumi təhsil məktəblərini 17121, ümumi təhsil məktəblərinin nəzdində qiyabi sinifləri, o cümlədən 219 nömrəli evdə təhsil məktəbi və 55 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən nitq qüsurlu uşaqlar üçün xüsusi sinifləri - 2 404, əyani-qiyabi (axşam) tam orta məktəblərinin XII sinflərini 599 şagird) ümumi təhsil məktəblərinin IX sinfini 27 708 nəfər, xüsusi tipli ümumi orta məktəblərin IX sinfini isə 309 nəfər bitirəcək. Respublikanın ümumi təhsil məktəblərində ənənəvi "Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin 9 iyun 2016-cı il 399 nömrəli əmrinə əsasən, son zəng tədbirləri yalnız təhsil müəssisəsinin ərazisində təşkil edilmişdir. "Son zəng” tədbiri ilə bağlı 2017-ci ildə rəsmi əmr təsdiq edildiyi təqdirdə, ictimaiyyətə məlumat veriləcək.(azvision) AİA.az Geri dön |