Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Hindistanda iki yaşlı qızı zorladılar

Hindistanda iki yaşlı qızı zorladılar


18-10-2015, 14:50. Yazar: admin

Hadisə paytaxt Dehlidə baş verib.

Hindistanın paytaxtı Dehli şəhərində polis azyaşlı qızın zorlamasında şübhəli bilinən iki 17 yaşlı gənci saxlayıb.

Associated Press-ə xəbər verir ki, təzə iki yaşı tamam olan uşaq oktyabrın 16-da təcavüzə məruz qalıb.

Cinayətkarların saxlanılması üçün 15 axtarış-əməliyyat qrupu yaradılıb, 250-dən çox yerli sakinlə sorğu-sual aparılıb.

İstintaqın versiyasına görə, 2 yaşlı qızı rayonda elektrik enerjisinin verilməsində 10 dəqiqəlik fasilə yarandıqda oğurlayıblar.

Azyaşlını onun ailə üzvləri yaxınlıqdakı parkda huşsuz və qan içində tapıblar.

Hal-hazırda o yerli xəstəxanaların birinə yerləşdirilib.
Geri dön