Ana Sayfa > İdman > Maradonanın əllə vurduğu qolu görməyən hakim öldü

Maradonanın əllə vurduğu qolu görməyən hakim öldü


2-06-2017, 14:49. Yazar: admin
Maradonanın əllə vurduğu qolu görməyən hakim öldü



Məşhur bolqarıstanlı yan xətt hakimi Boqdan Doçev vəfat edib.

Adalet.az-ın Bolqarıstan Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, o, 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Doçev 1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyib. Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona əli ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.

Matçdan sonra D.Maradona topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.

Qeyd edək ki, B.Doçev sözügedən epizoddan sonra karyerasını başa vurmuşdu.

AİA.az
Geri dön