Ana Sayfa > Gündəm / Karusel > Əhalinin sayı ildə 1,2 faiz artır

Əhalinin sayı ildə 1,2 faiz artır


2-06-2017, 07:34. Yazar: admin
Əhalinin sayı ildə 1,2 faiz artır



"Azərbaycanda əhalinin sayı ildə 1,2 faiz artır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AŞPA-nın Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında çıxışında deyib.

Komitə sədri bildirib ki, bu ilin ilk 4 ayı ərzində 30-a yaxın xidmətdən 3 milyon 800 min dəfə istifadə olunub:

"Bu rəqəm göstərir ki, Azərbaycan əhalisi günü-gündən artır. Əhali üçün yeni iş yerləri yaratmaq lazımdır. Hazırda Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq işsizlikdən sığortaya dair qanun layihəsi müzakirə olunur. Bu qanun qəbul olunarsa, müavinət alanların sayı 3 dəfə artacaq”.


AİA.az
Geri dön