Ana Sayfa > Cəmiyyət > Bakı bulvarında intihar hadisəsi

Bakı bulvarında intihar hadisəsi


1-06-2017, 19:39. Yazar: admin
Bakı bulvarında intihar hadisəsi


Dənizkənarı Milli Parkda intihar olub.

AİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AİA.az
Geri dön