Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Eldar Mahmudovun qudası Cahangir Hacıyev həbs edildi

Eldar Mahmudovun qudası Cahangir Hacıyev həbs edildi


18-10-2015, 14:18. Yazar: admin


Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edilib

Bu barədə məlumatı Qaynar.info-ya hakimiyyət daxili mənbələrdən verilib.

Mənbə bildirir ki, həbsə səbəb dünən prezident İlham Əliyevin imzaladığı sərəncam olub. Beləki prezidentin imzaladığı sərəcamla milli təhülkəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Hakimiyyət daxilində də bu qərar çaşqınlıq yaradıb. Mənbə qeyd edir ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks nazirin qudası Cahangir Hacıyev həbs edilib.

Məlumat üçün qeyd edək ki, Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov göstərilirdi. Beləki Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilmişdi.

Dünən isə məlum sərəncamdan sonra DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin əməkdaşları (Bandotdel) əməliyyat keçirib. Və Cahangiz Hacıyev həbs edilib.

Cahagir Hacıyev "Maliyyə Xəyanəti"ndə suçlanırdı. Onun adı Beynəlxaq Bankın sədiri olduğu zaman yaxın ətrafına milyonlarla dolar civarında kreditlər verməsi və bir sıra oliqarxların çirkli pullarının yuyulmasında adı keçirdi.

Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.
Geri dön