Ana Sayfa > Şou-biznes > Ermənistan Azərbaycanla radiomüharibəyə başlayır

Ermənistan Azərbaycanla radiomüharibəyə başlayır


1-06-2017, 19:37. Yazar: admin
Ermənistan Azərbaycanla radiomüharibəyə başlayır



Ermənistan Azərbaycan və Türkiyə radiolarının “səsini kəsmək” qərarına gəlib. Buna əsas səbəb Azərbaycan radiokontentinin Ermənistan ərazisində yayımlanmasını təhlükə kimi görməsidir. İşğalçı qonşumuz media mübarizəsində Azərbaycana uduzmaqdan, informasiya təsiri altına düşməkdən ehtiyat edir. Odur ki, dölət səviyyəsində təşəbbüs göstərərək təhlükəni neytrallaşdırmaq istəyir.

Ermənistan öz sərhəd rayonlarında Azərbaycan və Türkiyənin radiotezliklərini bloklamaq məqsədilə 3 yeni dövlət radioşirkəti yaratmaq niyyətinə düşüb. Bunu parlamentdə Ermənistanın Milli Televiziya və Radio Komissiyasının sədri Qaqik Bünyatyan deyib.

Qeyd edək ki, Ermənistan 20 iyul 2018-ci ildən etibarən rəqəmsal radioyayim sisteminə keçməyi planlaşdırır. Lakin bu barədə hələlik heç bir qanun qəbul edilməyib. Hazırda televiziya və radio haqqında qanuna dəyişikliklər parlamentin müzakirəsinə verilib. Amma radio-televiziya yayımlarında rəqəmsal sistemin tətbiqi ölkədə mövcud texniki və maliyyə problemlərinə görə ləngiyir.

Bir müddət əvvəl “Avrora” radiostansiyasının rəhbəri Ruzanna Şahinyan bildirmişdi ki, erməni radiolarının əsas problemi ötürücülərin gücünün zəif olmasıdır. Belə ki, Turkiyə və Azərbaycan radiostansiyalarının siqnalı Ermənistan radiostansiyalarından 10 dəfə güclüdür. Buna görə də, Ermənistan yayımların əhatə dairəsini genişləndirməklə Azərbaycan və türk dillərində verilişlərin səsini boğmaq üçün rəqamsal yayıma keçməzdən əvvəl ölkədə daha 3 radiokompaniya yaratmaq istəyir. Ancaq Bünyatyanın etirafı bunu açıq şəkildə təkzib edir. Axı xırda problemləri aradan qaldırmağa maliyyə tapmayan bir ölkə 2018-ci ilədək birdən–birə 3 şirkət necə qura bilər?!

Digər tərəfdən, Ermənistan parlamentdə müxalif “Yelk” blokunun katibi Gevorq Qorqisyanın təklif etdiyi kimi, niyyətini xüsusi bloklayıcı qurğular quraşdırmaq vasitəsilə reallaşdırmağa cəhd etsə qanun pozuntusuna yol vermiş olacaq. Çünki, parlamentin müzakirəsinə verilmiş qanuna dəyişikliklərdə bu, nəzərdə tutulmayıb.

Hazirda Ermənistanda yalnız bir dövlət radiosu – İctimai Radio fəaliyyət göstərir. Bundan başqa, Yerevanda və digər vilayətlərdə radio şirkətləri olsa da, ölkəni tam əhatə edə bilmirlər. Qanuna əsasən, erməni radiostansiyalarına çox böyük güclə işləməyə icazə verilmir. Odur ki, səsini xalqına tam çatdıra bilməyən Ermənistan Azərbaycanın səsini boğa bilməyəcək.

Bu arada, heç kimə sirr deyil ki, Azərbaycan mediası həm də erməni auditoriyası üçün erməni dilində yayımlanır. Qeyd edək ki, AzVision.az saytı Azərbaycanda erməni dilli versiyası olan 2 saytdan biridir. Oxucu sayı, eləcə də ermənilərin sayta yazdığı şərhlər göstərir ki, Azərbaycanda erməni dilində xəbərlərin yayımlanması qarşı tərəfin marağını çəkir.

AİA.az
Geri dön