Ana Sayfa > Media > “Yadplanetlilər insanların düz burunlarının ucunda vurnuxurlar”

“Yadplanetlilər insanların düz burunlarının ucunda vurnuxurlar”


1-06-2017, 18:50. Yazar: admin
“Yadplanetlilər insanların düz burunlarının ucunda vurnuxurlar”



"Sivilizasiyaları Yer kürəsindən kənarda axtarmaq lazım deyil, çünki yadplanetlilər insanların düz burunlarının ucunda vurnuxurlar”.

Adalet.az "The Independent” nəşrinə istinadən xəbər verir ki, bunu Amerika biznesmeni, "Bigelow Aerospace” kosmik turizmi üzrə şirkətin banisi Robert Biqelou deyib.

Onun sözlərinə görə, yadplanetlilər artıq Yer kürəsinə gəliblər.
"Mən buna tamamilə əminəm. Amma insanlar onsuz da məni dəli hesab edəcəklər”, - biznesmen bildirib.
Lakin Robert Biqelou belə bir nəticəyə gəlməsinin səbəbləri haqqında danışmayıb. Mümkündür ki, "Bigelow Aerospace” şirkətinin maliyyələşdirdiyi tədqiqatlar və şəxsi kosmik səyahətlər yadplanetlilərin sirrini ona açıb.

Qeyd edək ki, "Bigelow Aerospace” Amerika Milli Kosmik Agentliyinin (NASA) partnyorlarından biridir.


AİA.az
Geri dön